AZ

ACI FAKT - “Neftçi” “Qarabağ” önündə bu hala düşməmişdi

Premyer Liqan;n 32-ci turunun mərkəzi qarşılaşmasına “Azərsun Arena”da tamaşa edirik.

Çempion “Qarabağ” əzəli və əbədi rəqibi “Neftçi” ilə üz-üzə gəlir.

Cari mövsümdə komandalar çempionatda 3, ölkə kubokunda 2 dəfə üz-üzə gəlib. Bütün hallarda ağdamlılar rəqibini üstələyib.

Premyer Liqada2:0, 3:0, 4:1 hesablı qalibiyyətlər əldə olunubsa, kubokun yarımfinalında “Qarabağ” bakılıların qapısından 8 top keçirib - 4:0, 4:1.

Göründüyü kimi, bu mövsümdə 5 oyundan 4-ü darmadağınla başa çatıb, 3 görüşdə bakılılar “köhlən atlar”ın qapısına yol tapa bilməyib. Top fərqi də “ağ-qaralar” üçün acınacaqlıdır – 2-17.

İndiyə qədərki çempionatların heç birində “Neftçi” əzəli rəqibinin qarşısında bu dərəcədə aciz görünməyib. İstər məğlubiyyət sayında olsun, istərsə də top fərqində.

Bu, ölkənin ən çox tamaşaçı kütləsi olan iki komandanın 2023/24 mövsümündə sonuncu qarşılaşması olacaq. Görək “Neftçi” uğursuz sindroma son qoya biləcəkmi?

Bu gün “Azərsun Arena”da keçiriln “Qarabağ” – “Neftçi” dueli saat 19:30-da başlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla