- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib.
"Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, 74 nəfər yaralanıb, 67 nəfər itkin düşüb.
Hazırda ştatın 281 bələdiyyəsində pis hava şəraiti hökm sürür. Rio Qrande-du-Sulda təbii fəlakətdən 370 mindən çox insan əziyyət çəkib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.