AZ

“Neftçi”nin oyunçusu şübhəli məqama aydınlıq gətirdi: “Problem yoxdur”

“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında tribunalarda xoş görüntülər yaşandı.

Qonaq komandanı dəstəkləyən çox sayda azarkeşin fonunda “Forza Neftçi”nin üzvlərini də yenidən stadionda görmək yerinə düşdü.

90 dəqiqə boyunca sevimli komandalarına lazım olan dəstəyi verib, yekunda istədikləri hədiyyəni – 3 xalı aldılar.

Lakin “Neftçi”nin futbolçularının hakimin start fitindən əvvəl “forzalılar”ın yer aldığı sektorun qarşısına getməməsi, matçdan sonra qələbəni onlarla ənənəvi formada – qol-boyun olaraq dalğa şəklində qeyd etməməsi ağıllarda sual yaratdı.

Sanki münasibətlər isinməyib. Ya tərəflər arasında inciklik davam edir, ya da futbolçular azarkeşlərin onlardan daha artığını istədiklərinin fərqindədirlər.

Oyunda vurulan ilk qolun müəllifi olan Filip Ozobiç bu məsələ ilə bağlı Sportinfo.az-a açıqlama verib:

“Oyun başlamaq ərəfəsindəydi deyə, azarkeşlərlə əl çalaraq, onlara təşəkkür edərək salamlaşdıq. Matçdan sonra da yanlarına gedib bir daha təşəkkür etdik.

Azarkeşlərlə münasibətimiz yaxşıdır, hansısa problem, inciklik yoxdur. Ümid edirəm ki, yaxşı nəticələr qazandıqca daha yaxşı olacaq”.

32 turdan sonra aktivində 50 xal olan “Neftçi” eyni sayda xala malik “Sumqayıt”la 2-3-cü pillələri bölüşür.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla