AZ

Türkiyə ilə anlaşma işə düşdü – Sərhəddə hərbi bazalar qurulur

Şimali İraqda PKK terror təşkilatının varlığına son qoymaq üçün Türkiyə ilə anlaşan İraq atılacaq addımlara fokuslanıb. Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa kritik səfəri zamanı terrorla mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişləri imzalanıb. Qəbul edilən qərarlar yerdə özünü göstərməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

Ötən ilin dekabrında Ankara ilə Bağdad arasında başlayan müzakirələrdən sonra İraq fevraldan şimalda sərhəd qoşunlarını yerləşdirir. Bu yaxınlarda Zaxo bölgəsində iki baza yaradılıb. Bazanın yerləşdirildiyi ərazi 30 ildir PKK-nın yuva saldığı bölgədir.

PKK-nı “qadağan olunmuş təşkilat” elan edən İraq bununla bölgədəki hakimiyyət boşluğunu aradan qaldıraraq sərhəd təhlükəsizliyinin təmin edilməsində Türkiyə baxımından da mühüm addım atıb. İraq qurduğu bazalarla terrorla mübarizədə Türkiyə ilə birgə hərəkət etmək əzmini bölgə ölkələrinə açıq şəkildə göstərdi. İraq Türkiyə ilə sərhədində terror təşkilatını məhv etmək üçün hər cür səy göstərəcəyi mesajını verib.

İraq sərhəd qoşunları belə bazaları 378 km-lik Türkiyə sərhəd xətti boyunca yerləşdirməyi planlaşdırır. Bununla da terrorçuların İraqın şimalına axınının qarşısı alınacaq. Türkiyə-İraq sərhədi boyunca 30-40 km dərinlikdə təhlükəsiz dəhliz yaradılaraq sərhəd xətti terrordan təmizlənəcək.

Türkiyə də bölgədə birgə əməliyyata hazırlıqlarını davam etdirir. Ankara irimiqyaslı quru əməliyyatlarından öncə bölgəyə əlavə canlı qüvvə, silah-sursat və hərbi texnika göndərməklə yanaşı, mövcud bazalarını da gücləndirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla