AZ

Sadiq Xan üçüncü dəfə rekord sayda London meri oldu…

Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi Sadiq Xan yenidən Londonun meri seçilib və bu vəzifəni üçüncü dəfə icra edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, mayın 2-də İngiltərədə keçirilən regional seçkilərin yekun nəticələri buna sübutdur.

Qeyd edək ki, 53 yaşlı siyasətçi 43,7 faiz (1 milyon 88 min 225 səs), hakim Mühafizəkarlar Partiyasının nümayəndəsi Syuzan Holl isə səs verən londonluların 32,6 faizinin (811 min 518 səs) dəstəyini qazanıb.

Yeri gəlmişkən, London meri vəzifəsi 2000-ci ildə yaradılıb.

Və Londona Ken Livinqston 2000-2008, Boris Conson 2008-2016-cı illərdə şəhərə rəhbərlik ediblər.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
7
Mənbələr
Şərh ()
Bağla