AZ

“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru

“Paytaxt ərazisində cari ilin yanvar, fevral və mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33 nəfər, xəsarət alanların sayı isə 72 nəfər olub. Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 %, ölənlərin sayı 15 nəfər, xəsarət alanların sayı isə 5 nəfər azalıb. Amma bunlar yenə də ciddi rəqəmlərdir”
Bunu Moderator.az -a açıqlamasında Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O daha sonra əlavə edib.
 
“Paytaxt ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində ölüm və xəsarət hallarının ötən müqayisəli dövrlə təhlili azalmanın olduğunu göstərir. Lakin baş vermiş hadisələrdə hələ də piyada vurma halları xüsusi əhəmiyyət kəsb edir. Yollarda piyadaların səhlənkarlığı, sürücülərin diqqətsizliyi ümumilikdə hadisəni şərtləndirən əsas amillərdir. Lakin piyadaların vurulduqları ərazilərin məhz piyada keçidlərinin yaxınlıqlarında baş verməsi piyada səhlənkarlığının əhəmiyyətli dərəcədə olduğunun bariz nümunəsidir. Yol infrastrukturu, ümumi istifadədə olan yollar hər bir kəsin məsuliyyət zonası kimi qiymətləndirməli olduğu yerlərdir. Burada diqqətli olmaq, səhlənkarlığa yol verməmək, baş verə biləcək ağır faciəvi hadisələrin, geri dönüşü olmayan fəsadlarının qarşısını almaqdan ibarətdir. Hər bir sürücüdən, piyadadan yollarda diqqətli olmağı, baş verə biləcək hadisələrdən sığortalanmağın ən birinci vasitəsi və səbəbinin məsuliyyət olduğunu unutmamağı xahiş edirik” deyə Araz Əsgərli bildirib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla