AZ

Avropa kubokunun ilk günündə 10 medal

Göygöldə kadetlər arasında cüdo üzrə Avropa kuboku start götürüb.

İdman.biz xəbər verir ki, yarışın ilk Azərbaycan idmançıları üçün uğurlu olub.

Yığmamız 2 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıb. Məmmədəli Hüseynov (50 kq) finalda Aleksey Toptıginə (AİN), Nihad Məmişov (55 kq) isə Leka Darispanaşvilini (Gürcüstan) məğlub edib. Fərid Qarayev (60 kq) həlledici döyüşdə özbək həmkarı Bahrom Asatova uduzub.

Avropa kubokunun ilk günündən sonra Azərbaycan (2-1-7) yığması lider mövqeyində yer alıb. Türkiyə (1-3-0) 2-ci, Özbəkistan (1-0-1) 3-cüdür.

Qeyd edək ki, yarışda 14 ölkədən 323 idmançı mübarizə aparır.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
3
Mənbələr
Şərh ()
Bağla