AZ

Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalandı - Rəsmi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” mərkəz müdafiəçisi Bəhlul Mustafazadə ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb. Yeni müqaviləyə əsasən, Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, Ağdam təmsilçisinin heyətində 98 oyuna çıxıb, 4 qola imza atıb. Cari mövsümdə isə müdafiəçi 38 oyunda 2 qolla yadda qalıb.

Müdafiəçi “Qarabağ” və “Qəbələ”dən başqa “Sumqayıt” və “Sabah”da da forma geyinib. O, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında da 29 oyun keçirib, 1 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla