AZ

"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel

"Putin bütün Qərbi özünün düşməni hesab edir, o, hamımız üçün ekzistensial təhlükədir..."
 
Əgər təcavüzkar ölkə olan Rusiya prezidenti Vladimir Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə mayın 3-də Oksford Universitetində çıxışı zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsiz siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel bəyan edib. Məlumatı "comments.ua" nəşri yayıb.
 
"Bu gün Putin hamımız üçün ekzistensial təhlükədir. Əgər Putin Ukraynada uğur qazanarsa, əldə olunanlarla kifayətlənməyəcək. 
 
Avropalılar anlamalıdır ki, Ukrayna məğlub olarsa, perspektivdə Kiyevdə Belarusda olduğu kimi oyuncaq hökumət ola bilırər, Rusiya qoşunları isə Polşa sərhəddində olacaq", - Borrel vurğulayıb.
 
Onun sözlərinə görə, hazırda Putin bütün Qərbi özünün düşməni hesab edir. 
 
"O, bu barədə bir çox çıxışlarında dəqiq deyib. Bu, hər gün Rusiya telekanallarında təkrarlanır: "Qərb, bütün Qərb, qlobal Qərb bizim düşmənimizdir".
 
Və onlar buna uyğun hərəkət edir, dezonformasiya vasitəsilə bizim informasiya mühitimizi zəhərləyirlər", - diplomat deyib.
 
O, həmçinin qeyd edib ki, müharibənin Ukraynanın məğlubiyyəti ilə bitməsini istəmir, ona görə də Avropa İttifaqı bundan sonra da Ukraynaya öz silahını tədarük etməlidir.
 
Borrel xatırladıb ki, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən öncə 2022-ci ilin yanvar ayında Donbasda olub. O zaman Avropa İttifaqı döyüşən ölkəyə silah tədarük etməyib.
 
Avrpopalı diplomat qeyd edib ki, Avropa İttifaqının Rusiyanın hərbi müdaxiləsinə cavabı güclü olub və "Ukraynaya müqavimət göstərməsi üçün zəruri hərbi yardım göstərilməsi məqsədilə sıx birləşib".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
Mənbələr
Şərh ()
Bağla