AZ

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək.

Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib.

"Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıyam çoxdandır məşq etmir və zədəli olub, amma Kurtuanın təcrübəsi daha çox olduğu üçün final görüşündə ona şans verəcəyəm".
Qeyd edək ki, Tibo Kurtua 2023-cü ilin iyul ayından bu günə kimi heç bir rəsmi oyunda çıxış etməyib.(oxu.az)


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla