AZ

Qurban Qurbanov: “Hamı “Neftçi”yə qarşı istəkli olur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 5:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun olduğunu düşünürəm. Matçdan razı qaldım. Amma daha səliqəli oynamalıyıq. Futbol səhvləri bağışlamır. Bir neçə epizodda rəqib istifadə edə bilərdi. Çox sadə texniki səhvlər etmişdik. Ümumilikdə yaxşı oyun nizam-intizamı var idi. Futbolçularım istəkli idilər. “Neftçi”yə uğurlar arzulayıram”.

Qurban Qurbanov komandasındakı motivasiya və Mateus Silvanın müdafiənin mərkəzində oynamasına da toxunub: “Elə qarşılaşmalar var ki, onlara daha çox hazırlaşırıq. Bizim görüşə motivasiyasız çıxmağımız düzgün deyil. Komandanı ən az “Neftçi”yə qarşı motivasiya edirəm. Çünki futbolçular dərk edirlər ki, çempionatın ən çox maraq doğuran matçı “Qarabağ” 0 “Neftçi” oyunudur. Ona görə də onları motivasiya etmək mənə daha asandır. Hamı “Neftçi”yə qarşı istəkli olur.

Mateus Silva artıq neçə oyundur mərkəzdə çıxış edir. Ondan razı qaldım. Görüşdən-görüşə istədiyimiz oyunu göstərir. Bu, komanda üçün böyük üstünlükdür ki, bir futbolçu həm sağda, həm mərkəzdə eyni səviyyədə oynayır. Heyəti qoruyub saxlamağa və gücləndirməyə çalışacağıq”.

51 yaşlı mütəxəssis İspaniya klublarından hansınasa təcrübəyə yollanacağı və Emre Moru transfer etmək istədikləri barədə xəbərləri də təkzib edib.

“Məyusam. Azarkeşlərdən üzr istəyirəm. Hesab bizi qane edə bilməz. Asan şəkildə məğlub olduq. Səhvlərimiz kifayət qədər çox idi. Qırmızı vərəqədən sonra aydın idi ki, böyükhesablı məğlubiyyət olacaq.

Hər oyuna rəqibdən asılı olmayaraq, qələbə üçün çıxırıq. Bu gün rəqibimiz “Qarabağ” idi. Onların “Sabah” və “Sumqayıt”la oyunlarına baxmışdıq. Müəyyən düşüncələrimiz var idi. Pressinq etməyə çalışırdıq. Rəqibin son oyunlarda mərkəzdə boşluqlar verdiyini görmüşdük. Biz də düşündük ki, bundan istifadə edə biləcəyik. Amma bu gün meydanda fərqli “Qarabağ” var idi. Erkən qol buraxdıq. Bundan sonra düşündüyümüzü etmək çox çətin idi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17909
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14731
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9839
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8308
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7370
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7146
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7111
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7027
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6939
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6666
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5688
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5413
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5195
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5065
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4830
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4228
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3980
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3344
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3271