AZ

İvanişvilinin layihəsinə veto: Geri göndərildi

Gürcüstan Prezidenti Salome Zurabişvili ofşorlarla bağlı qanuna veto qoyaraq, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri iradlarla parlamentə qaytarıb.

Teleqraf.com xəbər verir ki, aprelin 19-da parlament sürətləndirilmiş müzakirələrdən sonra müvafiq qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Dəyişikliyə əsasən, ofşor şirkətlərdən aktivlərin Gürcüstana ötürülməsi 2028-ci ilə qədər müvəqqəti olaraq vergidən azad edilir.

“Vergi öhdəlikləri pul köçürmələrini çətinləşdirə bilər. Qanun layihəsi güzəştli vergitutma tətbiq edilən ölkələrdə aparılan əməliyyatlar üçün müvəqqəti vergi güzəştləri tətbiq etməklə vəsaitlərin köçürülməsini təşviq etmək məqsədi daşıyır”, - qanun layihəsinin izahatında deyilir.

Müxalifət bu dəyişikliyin bilavasitə hakim partiyanın fəxri lideri, milyarder Bidzina İvanişvilinin əmri ilə baş verdiyini bildirir. Müxaliflərin fikrincə, İvanişvili öz sərvətini Qərbin sanksiyalarından qorumağa çalışır.

Müxalifət və Zurabişvili təşəbbüskarı və müəllifinin İvanişvili olduğunu iddia etdiyi “Xarici agentlər haqqında” qanun layihəsinə də etiraz edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla