AZ

Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? – Açıqlama

Sosial şəbəkələrdə sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulduğu iddia edilir. Qadağanın onun nazir vəzifəsindən azad olunduqdan sonra qoyulduğu bildirilir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan sabiq nazir Elmar Məmmədyarov xəbəri təkzib edib.

O, son dəfə 1 ay öncə xarici ölkəyə səfər etdiyini bildirib:

“Yazılanların hamısı yalandır. Vəzifədən azad olunduqdan sonra dəfələrlə xarici ölkələrə getmişəm və heç bir problemlə üzləşməmişəm. Yazılanlara inanmayın, əsasssızdır. Düzdür, əvvəl pandemiyaya görə heç bir ölkəyə getmək olmurdu, amma sonralar yollar açıldı deyə rahat gedib-gələ bildim. Sonuncu dəfə 1 ay əvvəl xanımımla bərabər Yaponiyaya azərbaycanlı dostumun qızının toyuna getmişdim. Nədənsə, əksəriyyət sosial şəbəkələrdə insanları şərh yazıb, tənqid etməyə çalışır. Mənim heç kimlə işim yoxdur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
13
Mənbələr
Şərh ()
Bağla