AZ

Dişlərinizi sağlam saxlamağa kömək edəcək məhsul...

...Pendir və digər süd məhsulları çeynədikdə, tüpürcək istehsalını stimullaşdırır ki, bu da dişlərdəki turşunu zərərsizləşdirə və diş çürüməsinin inkişafına mane olur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail-ə britaniyalı həkim Maykl Mosli bildirib.

Həkim izah edib ki, pendir, süd və qatıq kalsiumla zəngindir. Ağız boşluğunun turşu-qələvi balansının saxlanmasında iştirak edir və dişlərə müsbət təsir göstərir, kariyesin qarşısının alınmasını təmin edir.

Bundan əlavə, çeynədikdə, süd məhsulları (xüsusilə də pendir) tüpürcək istehsalını aktivləşdirir.

Həkimin sözlərinə görə, tüpürcək turşuları və qələviləri zərərsizləşdirir ki, bu da dişlərin vəziyyətinə mənfi təsir göstərir.

Normalda dişlərin səthinin turşuluğu hər yeməkdən sonra dəyişir. Ancaq həddindən artıq turşu əmələ gəlsə, kariyes inkişaf edir.

Pendir ağız mühitinin pH dəyərini normallaşdırır, bu da minanın məhv edilməsinin və çürük boşluqların yaranmasının qarşısını alır.

Həkim xüsusilə şirin yeməklərdən sonra pendir yeməyin faydalı olacağını qeyd edib. Fakt budur ki, şəkər ağızda turşu əmələ gətirən bakteriyaların əmələ gəlməsinə kömək edir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla