AZ

İsveçdə İsrailin “Eurovision”da iştirakına etiraz edilib

İsveçin paytaxtı Stokholmda İsrailin mayın 11-də keçiriləcək Eurovision Mahnı Müsabiqəsində iştirakına etiraz edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yüzlərlə insan İsveçin Malmö şəhərində keçiriləcək Eurovision Mahnı Müsabiqəsində İsrailin boykot edilməsini tələb edib.

Burada edilən açıqlamada İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirakına görə mayın 11-də Malmödə iki böyük nümayişin keçiriləcəyi və nümayişə Avropanın müxtəlif şəhərlərindən Fələstini dəstəkləyən minlərlə fəalın qatılacağı açıqlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
30
Mənbələr
Şərh ()
Bağla