AZ

Ronaldu het-trik etdi, komandası qalib gəldi - VİDEO

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi “Ən-Nəsr” klubu “Əl-Vehda” ilə görüşdə 6-0 hesablı qələbəyə sevinib.

39 yaşlı Kriştianu Ronaldu oyunda het-triklə yadda qalıb.

Portuqaliyalı ulduz futbolçu 5-ci dəqiqədə vurduğu qolla komandasını qələbəyə ruhlandırıb - 1:0. Qonaqlar özlərinə gəlməmiş daha bir zərbə alıblar. Kriştianu Ronaldu 12-ci dəqiqədə dubl edib - 2:0. Otavio 18-ci, Sadio Mane isə 45-ci dəqiqədə vurduğu qolla fərqi 4-ə yüksəldib - 4:0. 56-cı dəqiqədə yenidən səhnəyə çıxan Kriştianu Ronaldu het-trikini rəsmiləşdirib - 5:0. Görüşdə son nöqtəni isə 88-ci dəqiqədə Muhammed Əl Fatil qoyub - 6:0.

Qeyd edək ki, 6-0 hesabı ilə qalib gələn “Ən-Nəsr” 74 xalla 2-ci pillədə qərarılaşır. “Əl-Vehda” 32 xalla 12-cidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
9
Mənbələr
Şərh ()
Bağla