AZ

Polşa XİN başçısı Ukraynaya qoşun yeridilməsinə dair sualı cavablandırmaqdan imtina edib

Polşanın xarici işlər naziri Radoslav Sikorski Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifinə münasibəti ilə bağlı sualdan yayınıb.

APA xəbər verir ki, hadisə “BBC” telekanalının efirində baş verib.

Sikorskinin sözlərinə görə, Polşa Ukraynaya qoşun yeritmək imkanının nəzərdən keçirilib-keçirilmədiyi ilə bağlı “kartlarını üzə çıxarmaq” niyyətində deyil.

“Kartlarımızı açıqlamayacağıq. Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putini nə edəcəyimizi düşünməyə məcbur etmək daha düzgün olar”, - nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
Mənbələr
Şərh ()
Bağla