AZ

Sankt-Peterburqda müharibə veteranlarına 1,4 milyard rubl ayrılıb...

...Sankt-Peterburq veteranları Qələbə Günü ərəfəsində illik birdəfəlik müavinət alacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ümumilikdə225 mindən çox insana vəsait köçürülüb.

Şimal paytaxtı administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Sankt-Peterburq sakinlərinin hesablarına ödənişlər şəhərin informasiya-hesablaşma mərkəzi tərəfindən avtomatlaşdırılmış rejimdə köçürülüb.

Ödənişləri İkinci Dünya Müharibəsi əlilləri, iştirakçıları və veteranları, həbs düşərgələrinin keçmiş azyaşlı əsirləri və mühasirə zamanı Leninqradda yaşamış vətəndaşlar qəbul edəcəklər.

Bundan başqa, vəfat etmiş İkinci Dünya Müharibəsi əlillərinin vəiştirakçılarının dul qadınları, habelə adıçəkilən vətəndaşlar sırasında olmayan 1945-ci il sentyabrın 3-dək anadan olmuş şəxslərə də vəsait göndəriləcək.

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov xatırladıb ki, 2023-cü ildən veteranlara ödənişlər şəhərin Sosial Məcəlləsində təsbit edilib.

Smolnı qeyd edib ki, veteranlara ödənişlər üçün şəhər xəzinəsindən 1,4 milyard rubldan çox vəsait ayrılıb.

Sankt-Peterburqun 225 min 228 sakininə pulunbank hesablarına və ya poçt şöbələrinə köçürüldüyü bildirilir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla