AZ

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Sadiq

London, 5 may, AZƏRTAC

Sadiq Xan Londonda tarixi qələbə qazanaraq üçüncü dəfə şəhərin meri vəzifəsinə seçilib. O, Mühafizəkarlar partiyasından olan rəqibi Syuzan Holldan 276 mindən çox səs toplayıb.

Ümumilikdə 1 milyon 88 min 225 nəfər Sadiq Xana səs verib. Bununla da o, səslərin 43.8 faizini qazanıb. Onun rəqibi isə ümumilikdə 812 min 397 səs toplayıb.

Qeyd edək ki, ilk dəfədir ki, London meri vəzifəsinə hər hansı bir namizəd üçüncü dəfə seçilir. Bundan öncə Boris Conson və Kevin Livinqston London meri vəzifəsini iki dəfə icra ediblər.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
2
Mənbələr
Şərh ()
Bağla