AZ

ABŞ-də əyləncə mərasimində atışma olub, ölən və yaralananlar var

ABŞ-nin Nyu-York şəhərində əyləncə zamanı baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə polis əməkdaşlarına istinadən “NBC New York” telekanalı xəbər yayıb.

Hadisə ilə bağlı əraziyə gələn polis zabitləri şənliyin keçirildiyi kiçik müəssisədə güllə yarası almış bir neçə zərərçəkəni aşkarlayıblar.

Məlumata görə, 24 yaşlı gənc döş qəfəsindən yaralanıb. O, təcili xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. 45 və 25 yaşlı daha iki kişi də güllə yaraları ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Daha sonra tibb müəssisəsinə daha bir yaralı gətirilib - 43 yaşlı zərərçəkənin ikisi qolunda, biri ayağında olmaqla üç yarası olub.

Hüquq-mühafizə orqanları atəş açan şəxsin axtarışlarını davam etdirir, atışmaya nəyin səbəb olduğu barədə məlumat yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
40
Mənbələr
Şərh ()
Bağla