AZ

İsrail və HƏMAS bir neçə gün sonra atəşkəs barədə razılığa gələ bilər

İsrail və Fələstinin HƏMAS qruplaşması arasında bir neçə gün sonra atəşkəs razılaşması əldə edilə bilər.

APA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bununla belə, atəşkəsin daha ətraflı şərtləri sonrakı danışıqlar zamanı müzakirə olunacaq.

Mayın 4-də Qahirədə İsrail və HƏMAS qruplaşmasının nümayəndələri arasında ABŞ, Qətər və Misirin təmsil etdiyi vasitəçilərin iştirakı ilə danışıqların növbəti raundu keçirilib.

Görüşdən sonra məlum olub ki, tərəflər arasında yekun razılaşma daha bir neçə gün danışıqlar aparacaq.

Görüş iştirakçıları potensial sazişin texniki aspektlərinin müzakirəsində irəliləyiş əldə ediblər.

Eyni zamanda, iki israilli mənbə iddia edir ki, razılaşmanın özünün yekunlaşdırılması daha bir həftə çəkə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
Mənbələr
Şərh ()
Bağla