AZ

Kariye məscidi istifadəyə veriləcək

Türkiyənin İstanbul şəhərində yerləşən, Bizans imperiyası dövründən yadigar qalmış, daha sonra isə müsəlmanların məscid olaraq qoruyub saxladıqları və içində ibadət etdikləri Kariye məscidi (keçmiş adı Xilaskar Müqəddəs Hora Kilsəsi - red) ibadət üçün dindarların istifadəsinə veriləcək.

“İki sahil” xəbər verir ki, dörd illik bərpa işlərindən sonra nəhayət Kariye məscidi istifadəyə veriləcək.

Açılış mərasiminə Rəcəb Tayyib Ərdoğanın da videobağlantı ilə qoşulacağı qeyd olunub. 

Məlumat üçün əlavə edək ki, Kariye məscidi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
Mənbələr
Şərh ()
Bağla