AZ

Talium zəhərlənməsi Baltik dənizini təhdid edir

“Woods Hole” Okeanoqrafiya İnstitutunun mütəxəssisləri Baltik dənizinin zəhərli metal talliumla çirklənməsinin mümkün artımı barədə xəbərdarlıq ediblər.

Aztibb.az xəbər verir ki, “Environmental Science & Technology” portalında dərc edilən araşdırmaya görə, Baltik dənizinin suyunda talliumun miqdarı normal həddədir, lakin insan fəaliyyəti və ya təbii proseslər nəticəsində onun artması riski var.

Tədqiqat nəticəsində məlum olub ki, sulfid minerallarının yüksək olması səbəbindən dəniz dibi çöküntülərində böyük miqdarda tallium yığılır. Bu proses 1947-ci ilin əvvəlindən müşahidə edilir, onun səbəbləri antropogen mənbələrlə, məsələn, İkinci Dünya Müharibəsindən sonra xeyli artmış sement istehsalı ilə bağlıdır.

Alimləri Baltik dənizinin suları süni şəkildə oksigenləşdirildikdə tallium və civənin buraxılması ehtimalı da narahat edir. Zəhərli maddələr balıqlarda yığılaraq insan sağlamlığı üçün təhlükəli səviyyələrə çata bilər.

Ekspertlər Baltik dənizinin tallium və digər zəhərli maddələrlə mümkün çirklənməsinin qarşısını almaq üçün ətraf mühitə insan təsirinin azaldılmasına və monitorinqin artırılmasına çağırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
Mənbələr
Şərh ()
Bağla