AZ

Aİ Rusiyanın maye qazına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

Ukraynada müharibə başlayandan bəri ilk dəfə Avropa İttifaqı Rusiyaya qarşı maye qaza qarşı sanksiyalar tətbiq edə bilər.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Üç avropalı diplomatın sözlərinə görə, Avropa Komissiyası Aİ limanlarına Rusiyanın LNG-nin yenidən satışını qadağan edən təklifi dərc etməyə hazırdır.

Avropa Komissiyası həmçinin Rusiyanın gələcək üç LNG layihəsinə məhdudiyyət qoyulmasını da tələb edəcək.

Bu məhdudiyyətlərin Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin bir hissəsi olacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
4
Mənbələr
Şərh ()
Bağla