AZ

Fransada Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert keçirilib

Fransanın paytaxtı Parisdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert keçirilib.

"Report"un yerli bürosu bildirir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən konsertdə fransalı siyasətçilər, iş adamları, jurnalistlər, elm xadimləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva Heydər Əliyevin ölkəmizin tarixində, beynəlxalq arenadakı rolundan, demokratik, hüquqi dövlət quruculuğuna və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Konsertdə azərbaycanlı pianist Eldəniz Ələkbərzadə və fleytaçı Ağarahim Quliyev Azərbaycanın tanınmış bəstəkarları və bir sıra xarici bəstəkarların mahnılarını ifa ediblər.

Tədbirdə qonaqlara azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın rəsm əsərlərindən ibarət " Souffle de printemps" adlı sərgisi nümayiş olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
6
Mənbələr
Şərh ()
Bağla