AZ

İtaliyalı azarkeşlər alman futbolçunun ailəsini ölümlə hədələyiblər

İtaliyalı azarkeşlər Almaniyanın “Bayer 04” klubunun futbolçusunun ailəsinə ölüm təhdidi ilə bağlı mesajlar göndəriblər.

Məlumata görə, Almaniya millisinin və “Bayer 04” klubunun futbolçusu Robert Andrixin həyat yoldaşı sosial şəbəkələrdən ölüm təhdidi ilə bağlı mesajlar yazıldığını bildirib.

Robert Andrix isə məsələ ilə bağlı açıqlamasında bunun etik olmadığını və ailəsinə gələn mesajlara görə narahat olduğunu bildirib. Klub rəsmiləri isə futbolçunun ailəsini qorumaq üçün  polisə müraicət ediblər.

Qeyd edək ki, mayın 2-si baş tutan “Roma” - “Bayer 04” görüşü qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Mənbə: Bild.de

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
4
Mənbələr
Şərh ()
Bağla