AZ

Xankəndidə bu qədər silah-sursat tapılıb - Bir həftə ərzində

Xankəndidə müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.

27 aprel-3 may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisində külli miqdarda silah aşkar edilib.

Belə ki, 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 ədəd müxtəlif çaplı patron, 1 qutu trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
Mənbələr
Şərh ()
Bağla