AZ

Hər kəs bu qızdan danışır: 5 gecə boyunca... - FOTOLAR

Uelsdə baş verən hadisə eşidənləri təəccübləndirib.

Musavat.com xəbər verir ki, Avstraliyanın Kvinslend əyalətindəki tətilindən qayıdan Klaudiya Gill adlı gənc qız ölkəsinə qayıtdıqdan sonra baş ağrısı, qulaq cingiltisi və yorğunluq kimi əlamətlərdən əziyyət çəkib. Bir müddət dərisindəki qırmızı səpgilərə, halsızlığa, qulaqlarda küy və baş ağrılarına məhəl qoymayan 18 yaşlı gənc qızın vəziyyəti getdikcə pisləşib.

Səsə son dərəcə həssas olduğunu anlayan gənc qız bədəninin sərtləşdiyini, boynunun dartıldığını bildirib, qusduqdan sonra huşunu itirib.

Meningokok xəstəliyi aşkarlanan və 5 gecə xəstəxanada yatan Gill müalicə prosesindən sonrakı 2 il ərzində baş ağrılarının davam etdiyini vurğulayıb: "Əgər səpgiləri daha əvvəl yaşasaydım, daha tez tədbir görərdik. Buna görə də bütün simptomları bilmək çox vacibdir."

Neisseria meningitidis bakteriyasının törətdiyi yoluxucu xəstəlik olan meningokok xəstəliyinin bir çox əlamətləri var.

Neisseria meningitidis bakteriyası xüsusilə boğaz və burun kimi tənəffüs yollarının selikli qişasında olur və oradan da keçə bilir. Xəstəlik menengit (beyin membranlarının iltihabı) və ya sepsis (qan zəhərlənməsi) kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Adətən yoluxmuş şəxsin öskürməsi, asqırması və ya danışması nəticəsində havada olan damlacıqlarla tənəffüs yolu ilə ötürülən meningokok xəstəliyinin ümumi simptomları aşağıdakılardır:

baş ağrısı,

yüksək hərarət,

boyun sərtliyi,

ürəkbulanma,

qusma,

dəri problemləri,

zəiflik.

Meningokok xəstəliyi ciddi nəticələrə səbəb ola bilər və müalicə edilmədikdə ölümlə nəticələnə bilər. Ancaq erkən diaqnoz və müvafiq antibiotik müalicəsi ilə xəstəliyin inkişafının qarşısını almaq mümkündür.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla