AZ

Premyer Liqa: “Zirə”nin Tovuz, “Sabah”ın Mərdəkan sınağı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma keçiriləcək.

“Turan Tovuz” doğma meydanda “Zirə”ni sınağa çəkəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların dueli maraqla gözlənilir. Hər iki komanda son oyunundan məğlubiyyətlə ayrılıb. Xüsusilə Tovuz təmsilçisi ardıcıl 2 oyundur xala həsrətdir. “Zirə” hazırda 49 xalla 4-cü, “Turan Tovuz” isə 42 xalla 7-cidir.

“Turan Tovuz”la “Zirə” bu günə qədər çempionatda 7 oyunda qarşılaşıblar. Bu görüşlərdə bir heç-heçə qeydə alınıb, tovuzlular iki, zirəlilər dörd qələbə qazanıblar. “Turan Tovuz” son 4 matçda qol vurub. “Zirə” son iki oyunda qalib gəlməyib.

Günün digər oyunu “Araz-Naxçıvan”la “Sabah” arasında baş tutacaq. Naxçıvan təmsilçisi hazırda 35 xalla 9-cu sırada qərarlaşıbsa, “Sabah” 49 xalla 5-cidir və avrokuboklara vəsiqə qazanmağa, mükafatçılar sırasına düşməyə çalışır. Ardıcıl üç oyundur qalib gələn “Sabah” uğurlu seriyasını bu gün də davam etdirməyə çalışacaq. “Araz-Naxçıvan” isə uzun fasilədən sonra ötən tur “Zirə”yə qalib gəlməyi bacarıb.

“Araz-Naxçıvan”la “Sabah” daha öncə 3 oyunda üz-üzə gəliblər, onlar da cari mövsümə təsadüf edib. Komandaların bir heç-heçəsi var və hərəyə bir qələbə qazanıblar. Səfərdə oynayan tərəf qələbə qazanmayıb.

Premyer Liqa
33-cü tur
4 may

“Kəpəz” – “Sumqayıt” 1:1
Qollar: Elçin Əlicanov, 90+5 – Cordan Rezabala, 80.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 16:30.

“Qarabağ” – “Neftçi” 5:0
Qollar: Nəriman Axundzadə, 13; 77. Toral Bayramov, 41. Leandro Andrade, 65. Abdullah Zubir, 85.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Azersun Arena”, 19:30.

5 may

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:30.

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

6 may

“Səbail” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 19:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla