AZ

Bu iş qrafiki sizi ölümə aparacaq - Elm adamları xəbərdarlıq ediblər

Qeyri-müntəzəm iş saatları sağlamlıq problemlərinə səbəb olur

Amerika Birləşmiş Ştatlarından olan elm adamları tərəfindən aparılan bir araşdırma, səhər işə başlayan standart beş günlük iş həftəsinin sağlamlıq üçün ən təhlükəsiz qrafik variantının olduğunu müəyyən edib.

Aztibb.az CNN-ə istinadən xəbər verir ki, dəyişən və qeyri-müntəzəm iş qrafiki fiziki və psixi sağlamlığa mənfi təsir göstərir.

1957-1964-cü illər arasında anadan olmuş 7300-dən çox amerikalının məlumatlarının təhlili müəyyən edib ki, qeyri-sabit iş qrafiki qeyri-kafi yuxu, daha pis yuxu keyfiyyəti və 50 yaşında depressiya əlamətlərinin inkişaf riskinin artması ilə əlaqələndirilir.

Professor Uen Yui Han qeyd edib ki, 22-49 yaş arasında standart cədvəldən qeyri-sabit qrafikə keçid xüsusilə təhlükəlidir.

Alimlər vurğulayıblar ki, sağlam yuxu, nizamlı qidalanma və yaxınlarınızla vaxt keçirməyiniz sağlamlığınızı qorumaq üçün çox vacibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla