AZ

Olimpiadaya doğru: Qazaxıstanlı velosipedçi Bakıdan Parisə yollanıb

“Bu gün dost Azərbaycan torpağındayam”.

Bunu İdman.bizə bunu qazaxıstanlı velosipedçi Rabbim Baraşov deyib.

O, Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı velotura başlayıb. Baraşov Fransa paytaxtına Bakıdan yola düşüb.

İdmançı bildirib ki, Aktauda yaşayır: “Oradan Bakıya bir saata uçmaq olar. Bizim ortaq səmamız, dənizimiz var. Eyni köklərə sahibik”.

Baraşovun sözlərinə görə, bu səfərə bir ildir hazırlaşır: “Paris çox uzaqdadır. Olimpiada müharibələrin və çəkişmələrin dayandığı bir hadisədir. Mən özümü xalqlar dostluğunun daşıyıcısı hesab edirəm. Mənə kömək edən Azərbaycan konsulu Elçin müəllimə çox sağ ol deyirəm. Federasiya nümayəndələri məni Azərbaycanda qarşıladılar, otaq verdilər, hətta Gürcüstanla sərhədə aparacaq maşın da təşkil etdilər. Belə mehriban davranışa görə şadam və xeyirxah insanları həmişə xatırlayacağam. Niyyətim Olimpiya Oyunları başlamazdan əvvəl orada olmaqdır. İyulun 26-na iki ay yarım qalıb. Bunlar mənim planlarımdır. 64 yaşım var və velosiped həvəskarıyam. Hər kəsi bu həyat tərzinə yəni sürməyə dəvət edirəm”.

Olimpiadada Qazaxıstana və dost Azərbaycan yığmasına azərkeşlik edəcəyini bildirən Rabbim Baraşov ölkəmizdə güclü güləşçilərin və boksçuların olduğunu vurğulayıb: “Bayraqlarla olacağam, alqışlayacağam, idmançılarımızı dəstəkləyəcəm”.

Qeyd edək ki, Rabbim Baraşov Bakı-Tiblisi-Batumi-Ankara-İstanbul-Sofiya-Budapeşt-Belqrad-Münhen-Paris marşrutu ilə hərəkət edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla