AZ

Yeni gələn baş məşqçi keçmiş “sağ əli”nin arxasınca danışdı

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Elmar Baxşıyev ondan əvvəl burada çalışmış Azər Bağırovun gördüyü işi bəyənməyib.

Martda “Qəbələ”dən uzaqlaşdırılmış mütəxəssis komada daxilində onun fəaliyyətini tənqid edib.

Vaxtilə “Qəbələ”də bir yerdə işlədiyi həmkarının baxımlı futbol oynatmadığını, zəif nəticələr qaandığını iddia eləyib.

Həmçinin söyləyib ki, kollektivdə nizam-intizam tədbirlərinə nəzarət aşağı səviyyədə olub.

Bağırovun arxasınca danışan Baxşıyev deyib ki, o, bura qısamüddətli iş üçün gəlməyib və “Araz-Naxçıvan”ı düşdüyü vəziyyətdən çıxaracağına şübhə bəsləmir.

Baxşıyevin uzun müddət sükanı arxasında dayandığı “Qəbələ” gələn mövsümə I Liqada başlayacaq.

43 yaşlı məşqçi apreldə anlaşdığı Muxtar Respublika təmsilçisi ilə indiyədək 3 matça çıxıb - 2 məğlubiyyət, 1 qələbə.

Elmar Baxşıyevlə Azər Bağırov 6 ay “Qəbələ”də çiyin-çiyinə çalışıb (2020-ciilin yanvarından iyula kimi).

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla