AZ

İsveçdən Paşinyana istefa tələbi

İsveçdəki Erməni Birliklərinin Koordinasiya Mərkəzi məlumat yayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. 

“Cebhe.info” xəbər verir ki, bəyanatda 

“Ermənistanın faktiki Baş naziri Nikol Paşinyanın birtərəfli qərarları Ermənistan Respublikasının və erməni xalqının maraqlarına ziddir. Onu da qeyd etmək lazımdır ki, Ermənistan Respublikasının bütün hüquq sistemi hakimiyyətin əlaltısına və cəza alətinə çevrilib. Əsassız təqiblər, həbslər və kobud güc tətbiqi indiki “demokratik” hakimiyyətin həyat tərzinə çevrilib”,-deyilir.

Bildirilir ki, dörd kəndin Azərbaycana verilməsi həm də strateji əhəmiyyətli İran-Ermənistan-Gürcüstan dövlətlərarası yoluna təsir edəcək:

“Nikol Paşinyan erməni “soyqırımı”nı da şübhə altına alır.

O, həmçinin Ermənistanın müstəqil dövlət kimi mövcudluğunu şübhə altına alır, eyni zamanda Ermənistanın süqutuna aparan reallıqları hər cür sürətləndirir. Paşinyan “tarixi vətən”imizin əsassız yaddaş olması, vətənimizin indiki dövlətin sərhədləri olması illüziyası yaradır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla