- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Nyu York Red Bullz"la matçdan (6:2) sonra MLS-də iki rekorda imza atıb.
QOL.az xəbər verir ki, 36 yaşlı futbolçu bu görüşdə bir qol vurub və 5 qolun ötürməsi edib.
Bununla da Messi MLS tarixində bir matçda 5 qol ötürməsi verən ilk oyunçu olub. O, eyni zamanda MLS-də bir matçda 6 məhsuldar hərəkət (qol və ya qol ötürməsi) edən yeganə futbolçu adına yiyələnib.
Xatırladaq ki, sözügedən görüşdə uruqvaylı hücumçu Luis Suares het-trik edib.
Hazırda "İnter Mayami" 12 matçdan sonra 24 xalla MLS turnir cədvəlində birinci yerdədir. "Nyu York Red Bulls" 17 xalla 7-ci pillədə qərarlaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.