AZ

Domeniko Tedesko “Milan”ı çalışdıracaq? - Özü açıqladı

Futbol üzrə Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko “Milan”a keçə biləcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Arena.az xəbər verir ki, 38 yaşlı italyan mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Belçika yığması ilə müqaviləmin müddətini uzatdım və hamıya – klublara, oyunçulara və federasiyaya aydın siqnal verdim. Burada özümü rahat hiss edirəm, ona görə də kənar hər şey mənə xüsusilə təsir etmir. Düşünürəm ki, həmişə söz-söhbətlər olacaq, amma mən özümə söz vermişəm ki, onların mənə təsir etməsinə imkan verməyəcəyəm”.

Xatırladaq ki, Domeniko Tedesko bu ilin mart ayında Belçika Futbol Assosiasiyası ilə müqaviləsinin müddətini daha 2 il müddətinə artırmışdı. Onun əvvəlki müqaviləsi bu il Almaniyada təşkil olunacaq AÇ-2024-ün sonuna qədər idi. Amma yeni müqaviləyə əsasən 38 yaşlı mütəxəssis 2026-cı ilin iyul ayına kimi bu komandada qalacaq.

Tedesko Belçika yığmasının baş məşqçi postunda 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatından sonra istefaya göndərilən Roberto Martinesi əvəzləyib. O, 2023-cü ilin fevral aıyndan çalışdırdığı Belçika millisinin “sükanı arxasında” 12 oyun keçirib və hələ məğlubiyyət görməyib. Komanda onun rəhbrliyi altında 8 qələbə qazanıb, 4 heç-heçə edib.

Xatırladaq ki, Domeniko Tedesko daha öncə Rusiyada Moskva “Spartak”ını (Rusiya), Almaniyada “Leypsiq”, “Şalke” və “Ersgebirge”ni də çalışdırıb.

“Milan”a gəlincə, İtaliya nəhənginin mövsümün sonunda Stefano Pioli ilə vidalaşacağı gözlənilir. Onun kimin əvəz edəcəyi isə hələ də məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla