AZ

Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  

 
"Pasxa insan ruhunun qaranlıq və zülmət köləliyindən azad edilməsinin, xeyir və ədalətin, həyatın ölüm üzərində qələbəsinin rəmzidir..."
 
"Tanrının çiyinlərində Ukrayna bayrağı olan nişan var, belə müttəfiqlə həyat ölümə mütləq qalib gələcək..."
 
Ukrayna prezidenti Vladimir Zelenski mayın 5-də pravoslav Pasxa bayramı münasibətilə ukraynalıları təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat verib.
 
"Pasxa insan ruhunun qaranlıq və zülmət köləliyindən azad edilməsinin rəmzidir. Xeyir və ədalətin, həyatın ölüm üzərində qələbəsinin rəmzidir. Biz 802 gün sərasər bunun uğrunda döyüşürük", - dövlət başçısı ukraynalılara müraciətini bu sözlərlə başlayıb.
 
Prezidentin təbriki Kiyevdə Sofiya Kilsəsində, ukraynalı rəssamların sərgilərinin birinin önündə yazılıb.
 
"Bu ikonalarda bizim müdafiəmiz uğrunda canlarından keçən qəhrəmanların adları həkk olunub. Onlar göstərib ki, ukraynalılar yalnız dualar edəndə diz çökür, qəsbkarlar və işğalçılar qarşısında isə heç vaxt diz çökməyəcək", - Zelenski qeyd edib.
 
Onun sözlərinə görə, "Tanrının çiyinlərində Ukrayna bayrağı olan nişan var", belə müttəfiqlə həyat ölümə mütləq qalib gələcək.
 
"Ümumi yolu dəf edərək, ümumi ağrını hiss edərək, bizim hamımızı bir ümumi dua birləşdirir.
 
Bu, Pasxanı səngərlərdə və mövqelərdə qarşılayan
bütün döyüşçülərimizin üçün etdiyimiz duadır.
 
Hər gün dövlətimizin möhkəm olması, şər qüvvələrinə qarşı uğurla müqavimət göstərməsi üçün ağır zəhmətə qatlaşan mülki insanlarımız üçün etdiyimiz duadır.
 
Bütün övladlarımız üçün, yaşlarına uyğun olmayan, Rusiyanın uşaqlıqlarını oğurlayan, amma bütün bunlara rəğmən, gülümsəməyi bacaran və möcüzəyə inanan igid oğlan və qızlarımız üçün etdiyimiz duadır.
 
Xoşbəxt, sakit qocalığı əllərindən alınan, fəqət, tab gətirən və bizə qayğı göstərən ata və analarımız üçün etdiyimiz duadir.
 
Şərin daimi terrorunu deyil, Tanrının lütfünü hiss etməli olan, üzərlərindən qara buludlar asılan, yerləri Ukrayna səmasında deyil, cəhənnəmdə olacaq kəslərin bomba və raketləri yağdırılan bütün şəhər və kəndlərimiz üçün etdiyimiz duadır. 
 
Torpaqlarımız və heç vaxt ruhu sarsılmayacaq insanlarımız üçün etdiyimiz duadır.
 
Sofiya kilsəsindəki Oranta ikonasının üzərində yazılan və həyatımızda çin  olacaq sözləri xatırlayaraq etdiyimiz duadir:
 
"Tanrı şəhərdədir, o, sarsılmayacaq. Tanrı sübhdən öncə ona yardımçı olacaq", - Zelenskinin təbrikində deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla