AZ

20 milyon vergi borcu var

Lerçek kimi tanınan Valeriya Çekalinanın növbəti dəfə vergi borcu olduğu üzə çıxıb.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, artıq Federal Vergi Xidmətindən bildiriş alıb.

İdarədən verilən məlumata görə, bu günə qədər borcun məbləği 19 milyon 936 min 530 rubl təşkil edir. Valeriya borcunu təcili ödəməsə, onun bank hesablarına həbs qoyula bilər. Bundan əlavə, Çekalina xaricə gedə bilməyəcək.

Bununla belə, Çekalina artıq xaricdədir. O, əri Artyom və uşaqları ilə Dubayda istirahət edir. Cütlük boşanmaq üçün məhkəməyə müraciət etmələrinə baxmayaraq, onlara iyunun 11-dək bu barədə düşünmək imkanı verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla