AZ

İcma nümayəndəsi: Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir

İcma nümayəndəsi: Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir

Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir.

Bunu "Report"un Qəbələyə ezam olunmuş əməkdaşına "Vineyard Azərbaycan" Xristian Dini icmasının nümayəndəsi Nəzakət Məmmədova deyib.

"Əslində bu gün pravoslav kilsələrinin Pasxa bayramıdır. Lakin biz də bu gün buraya gələrək bacı və qardaşlarımızla birgə Pasxa bayramını qeyd edirik. Burada yəhudi, müsəlman və bir sıra fərqli dini icmaların nümayəndələri var. Birgə Pasxanı qeyd edirik, bu isə olduqca dəyərlidir. Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir. Bütün dünyaya göstəririk ki, dinindən, irqindən asılı olmayaraq birgəyaşayış mümkündür. Azərbaycan sözün əsl mənasında bu mənada dünyaya nümunə olacaq bir ölkədir", - icma nümayəndəsi bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
1
Mənbələr
Şərh ()
Bağla