AZ

Qarabağ Müharibəsində Türkiyənin Rolu Konfransı Kayseridə Keçirildi

Kayseridə keçirilən "Türkiyənin Qarabağ Müharibəsindəki Rolu" konfransı böyük marağa səbəb olub. Şuşa Azərbaycan Evinin ev sahibliyi etdiyi konfransın məruzəçisi Dr. İmbat Muğlu təhlükəsizlik və terrorla mübarizə üzrə ekspert kimi mövzunun ekspertlərindən biri idi.

Protokol iştirakçıları arasında Şuşa Azərbaycan Evinin sədri Elşən Qənbərov, Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəp Tayyip Erdoğanın baş müşaviri Prof. Dr. Seyit Sertçelik və Kayseri Universitetinin rektoru Prof. Dr. Kurtuluş Karamustafa kimi əhəmiyyətli qonaqlar iştirak etdi.

Konfransa qeyri-hökumət təşkilatlarının nümayəndələri, mətbuat nümayəndələri, ictimaiyyət və tələbələr böyük maraq göstəriblər. Konfransın açılış nitqi ilə çıxış edən Elşən Qənbərov Şuşa iki ölkənin qardaşlığını vurğulayaraq, türk dövlətlərinin birliyinin vacibliyini vurğulayıb.

Daha sonra söz alan Prof. Dr. Kurtulmuş Karamustafa Azərbaycan və Türkiyənin birlik və həmrəyliyinə istinad edərək əlaqələrin əhəmiyyətini vurğulayıb. Bu minvalda Kayseri şəhərində Şuşa Azərbaycan Evinin yaradılmasının əhəmiyyətini vurqulayaraq, Elşən Qənbərova təşəkkür edib.
Daha sonra çıxış edən Türkiyə Prezidentin baş müşaviri Prof. Dr. Seyit Sertçelik Kayseridə yaradılan Azərbaycan Qardaşlıq Parkı, Xocalı Parkı, Şuşa Azərbaycan Evi kimi layihələrin iki qardaş xalqı daha da yaxınlaşdıracağını, eyni millət olmağımıza baxmayaraq kültür fərqliliklərimizin olduğunu, Şuşa Azərbaycan Evi kimi mərkəzlərin bu fərqlilikləri aradan qaldıracağını vurquladı. 1-ci və 2-ci Qarabağ müharibəsi haqqında ətraflı məlumat verib və müharibənin memarlarının hər iki ölkənin prezidentləri olduğuna diqqət çəkib.

Konfransın ən diqqət çəkən məruzəçisi Dr. İmbat Muğlu oldu. Muğlu Qarabağ zəfərinin yolunu, müharibə zamanı baş verənləri və ondan sonrakı prosesləri ətraflı izah edib. O, Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə də toxunub.

Muğlunun çıxışından sonra tədbir qatılımcıları ilə iclas keçirilib və o, iştirakçıların suallarını cavablandırıb. Proqramın sonunda Dr. İmbat Muğluya günün əhəmiyyətini nəzərə alaraq Şuşa Azərbaycan Evinin sədr müavini Ferhad Bedelov tərəfindən xüsusi hədiyyə təqdim edilib.

Ayrıca konfransa verdiyi töhfələrə görə fəxri qonaq Türkiyə Cumhuriyyəti Prezidentinin Baş müşaviri Prof. Dr. Seyit Sertçeliyə Şuşa Azərbaycan Evi Sədri Elşən Qənbərov tərəfindən "Əziz şəhər-Şuşa" kitabı hədiyyə edilib.

Proqram iştirakçıların kollektiv şəkil çəkdirməsi ilə yekunlaşıb. Bu mühüm konfrans Türkiyə və Azərbaycanın birliyini bir daha vurğuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla