AZ

Starbucks 35 milyard dollar dəyər itirib

İsrail-Qəzza münaqişəsinə görə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən olan Starbucks-ın dəyəri əriyib.

Ednews haber.7.com-a istinadən xəbər verir ki, Starbucks səhmləri günü 16 faiz ucuzlaşaraq bütün zamanların ən yüksək göstəricisindən bəri 35 milyard dollar dəyər itirib.

Nasdaq-da ticarət edilən qəhvə zəncirinin səhmlərinin ümumi bazar dəyəri də 85 milyard dollardan aşağı düşüb.

Starbucks-ın baş direktoru Laxman Narasimhan şirkətinin səhmlərini geri qaytarmaq ümidi ilə canlı yayıma çıxıb.

Narasimhan qatıldığı verilişdə, "Müştərilərə və Çinə olan təzyiqlər və Yaxın Şərqdəki iş dünyasının digər coğrafiyalarda bizə təsir etməsi səbəbindən çox çətin bir rüb idi" dedi.

Baş direktorun 10 dəqiqəlik müsahibəsi zamanı şirkətin səhmlərinin daha 5 faiz dəyər itirməsi diqqət çəkib.

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
41
Mənbələr
Şərh ()
Bağla