AZ

Naxçıvanda AXCP fəalının saxlanıldığı bildirilir


AXCP Naxçıvan şəhər şöbəsinin gənc fallarından İlkin Paşayevin saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AXCP Naxçıvan təşkilatının rəhbəri Yaşar Bağırsoy sosial şəbəkə hesabında məlumat dərc edib.
O bildirib ki, İ. Paşayev mayın 4-də, günorta saatlarında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən heç bir əsas göstərilmədən saxlanılıb.
“İlkin bəyin saxlanılması haqqında yaxınlarına və şəhər şöbəmizin üzvülərinə heç bir məlumat verilmir. Hesab edirik ki, İlkin bəyin saxlanılması ictimai-siyasi fəallığına görədir”, - Y. Bağırsoy bildirib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.
Yaşar Bağırsoy bu gün (5 may – red.) sosial şəbəkə hesabında daha bir məlumat dərc edib və İlkin Paşayevin sərbəst buraxıldığını yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla