AZ

Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...

“Bu hərəkat həm də sizi bu qandallardan azad etmək üçündür. Mən açıq şəkildə deyirəm ki, bizim diktə etdiyimiz gündəm həqiqət, geniş ictimai barışıq haqqındadır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Aqartsin monastırının həyətində “Vətən üçün Tavuş” hərəkatının lideri, erməni təxribatçı keşiş Baqrat Qalstanyan tərəfindən səslənib.

“Mən sizin dilinizdə danışıram: özünüzü yaxşı aparın, sadəcə yaxşı davranın, tövbə edin, bütün günahlardan üz döndərin, özünüzü biliyə qərq edin”, - deyə arxiyepiskop erməni rəsmilərini hədələyib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
Mənbələr
Şərh ()
Bağla