AZ

Anar Məmmədlinin qaçaqmalçılıq macəraları və Qərb şəbəkəsinin ifşası (FOTO/VİDEO)

Bakı. Trend:

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”ninrəhbəri Anar Məmmədlinin Cinayət Məcəlləsinin 206.3.2-ci(qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindəntörədildikdə) maddəsi ilə məsuliyyətə cəlb edilməsi o qədər dətəəccüblü olmadı. Çünki 2001-ci ildən “seçki eksperti” kimifəaliyyət göstərən Anar Məmmədlinin Qərbin Azərbaycanda “təsiragenti” olduğu və göstərdiyi xidmətlər qarşılığında “qrantmaqnatı”na çevrildiyi sirr deyil. O da sirr deyil ki, A.Məmmədliindiyə qədər proseslərdə “arxa planda” qalaraq, özünü gizlətməyə,qrant qaçaqmalçılığını başqa şəxslər və təşkilatlar üzərindənhəyata keçirməyə çalışıb. Və bəlkə də buna görə, qanunsuzfəaliyyətini 20 ildən artıqdır həyata keçirə bilib.

Trend xəbər verir ki, Anar Məmmədlinin tərcümeyi-halına nəzəryetirdikdə onun fəaliyyətində bir neçə ştrix xüsusilə seçilir.

Birincisi, Qərb dairələrinin Azərbaycandakımaraqlarının həyata keçirib, xüsusilə seçki prosesinə müdaxilələrinedilməsi, neqativ kampaniyaların təşkili və anti-təbliğat üçün“arqumentlərin” hazırlanması işini görüb;
İkincisi, Qərbin Azərbaycandakı şəbəkəsinə qrantpullarının qanundan kənar yollarla çatdırılması və paylanılmasınıhəyata keçirib;
Üçüncüsü, Qərbə bağlı şəbəkəni təkcə qaçaqmalçılıqyolu ilə ölkəyə gətirdiyi qrantlarla yox, həm də yeni adamlarlatəmin edib, xüsusilə gəncləri bu şəbəkə ətrafına cəbləyib.

Uzaq olmayan 2000-ci illərdə - postsovet məkanında “rəngliinqilab”ların uğur qazandığı dövrdə Qərb Azərbaycanı da hədəftaxtasına çıxarmışdı və bu məqsədlə aktiv şəbəkə formalaşdırmaqistiqamətində güclü iş aparılırdı. Həm siyasi müxalifətdə, həmvətəndaş cəmiyyətində qurulan şəbəkə eyni “missiyanı” icra edir,verilən tapşırıqlara uyğun olaraq, ölkənin ictimai-siyasi həyatınamüdaxilələr edirdi. Anar Məmmədlinin ulduzu da həmin vaxt parlamağabaşladı. Gənc “seçki eksperti” Qərb dairələrinin diqqət mərkəzinətez düşmüşdü, yaxud onu məhz bu iş üçün hazırlamışdılar. Nəticəetibarilə A.Məmmədli Qərb dairələrinin xüsusi seçilmiş adamı kimiAzərbaycanın ictimi-siyasi həyatında “inamla addımlayırdı”.Məmmədli həm siyasi müxalifətin qrant layihələri üzərindənmaliyyələşməsində xüsusi rol oynayır, həm də Azərbaycanda keçirilənseçkilərə kölgə salınması, Qərb dairələrinin ölkəmizə qarşıinformasiya və siyasi hücumlarında “arqument” kimi istifadə etdiyi“alternativ hesabat”ların hazırlanması işini icra edirdi.“Seçkilərin Monitorinq Mərkəzi”ni (SMM) də bu məqsədləyaratmışdı.

2001-ci ilin 24 iyul tarixində A.Məmmədli tərəfindən təsis edilənSMM-nin əsas işi seçki və gənclərdən ibarət şəbəkənin qurulmasıolub. 2001-2008-ci illərdə Azərbaycanda keçirilən bütün seçkilərləbağlı – parlament, bələdiyyə, prezident, referendum – mənfihesabatlar SMM-ə məxsus olub. Seçki keçirilməyən dövrlərdə isə,xüsusilə 2005-ci ildən başlayaraq, A.Məmmədli regionlarda - Gəncə,Sumqayıt, Beyləqan, Mingəçevir, Göyçay, Quba, Cəlilabad, Şəki vəNaxçıvanda SMM-nin “filial” və “nümayəndəliklər”ini yaradaraq,gəncləri öz çətiri altına toplayıb. Bu, A.Məmmədli və onun təsisetdiyi SMM-nin fəliyyətindəki görünən tərəflərdir. Görünməyəntərəfi A.Məmmədlinin AXCP sədri Əli Kərimli ilə gizli əlaqələrindənibarətdir. Əslində A.Məmmədlinin “ulduzunun parlamasına” da bukontekstdə baxa bilərik.

1998-ci il prezident seçkilərindən sonra Əli Kərimli Qərbdairələri, xüsusilə Soros şəbəkəsi ilə sıx təmaslar qurmağabaşladı. Dövrün şərtlərinə görə qanundan yayındıra bildikləri qrantpullarını asanlıqla ölkəyə gətirə və mənimsəyə bilirdilər. “Soros”və “Marşal Fondu” kimi donor təşkilatlar əsas mənbələr idi. Butəşkilatlardan qrantların alınması üçün arxasında Əli Kərimlininolduğu 5 QHT yaradılmışdı və işi koordinasiya edən də o vaxt AXCPsədrinin beynəlxalq məsələlər üzrə müavini olan Fuad Mustafayevidi. Söhbət nə az, nə çox, milyonlarla dollar vəsaitin əldəedilməsindən gedir. Lakin AXCP sədri Qərbin Azərbaycandakıplanlarının icrasını effektli şəkildə həyata keçirə bilmədiyi üçünqrantların verilməsində problemlər yaranıb. Məlumatlara görə, donortəşkilatları pulların mənimsənildiyindən, layihələrəxərclənmədiyindən şübhələnirmiş. Buna görə Ə.Kərimlinin QHT-ləriilə işləməkdən imtina edirlər. Daha sonra ortaq nöqtənin tapılmasıqərarı verilir. Məsələni yerində araşdırmaq üçün Aleks Qriqoryevs(ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu deyilənQriqoryevs sonradan Milli Demokratiya İnstitutunun (NDİ) Bakıofisinin rəhbəri kimi 2012-ci ildə “facebook inqilabı” planınıhəyata keçirməyə cəhd edib) Azərbaycana göndərilir. Onunhazırladığı hesabatlara əsasən qərara gəlinir ki, qrant layihələrihəm Qərb dairələrinə, həm də Əli Kərimliyə yaxın olan şəxslərüzərindən icra edilsin. Anar Məmmədli Qərb dairələrinin (birbaşaAleks Qriqoryevs tərəfindən də olduğu deyilir) seçdiyi şəxs kimiməhz bu dövrdə ortaya çıxır və onun yaratdığı SMM “vasitəçi”,“koordinator” rolunu yerinə yetirməyə başlayır. Məmmədli həmseçkilərlə bağlı mənfi hesabatlar hazırlayır, həm qrant pullarınınAXCP-yə çatdırılması işini görür, həm də gəncləritəşklilatlandırırdı. Lakin A.Məmmədlinin də Əli Kərimli ilə əlbirolaraq, donor təşkilatlarını aldatdığı haqda məlumatlar var. Misalüçün, Məmmədli seçkilərlə bağlı layihələrə əsasən AXCP gəncləriniheç bir ödəniş olmadan cəlb edir, onların adına rəsmiləşdirdiyipulları Əli Kərimli ilə bölüşdürürdü. Hətta seçkilərin birində 100min dollarlıq qrantın 97 min dollarının Əli Kərimliyə çatmasınınMəmmədlinin təşkilatında işləyən əməkdaşları tərəfindən narazılığasəbəb olduğu haqda məlumatlar var.

2008-ci ildə Anar Məmmədlinin rəhbərlik etdiyi SMM-də qrantlarınqeyri-şəffaf xərclənməsi və vergidən yayınması faktı ortaya çıxdı.Buna görə təşkilatın dövlət qeydiyyatı ləğv olundu. Faktlara görə,Məmmədli təşkilatının adına aldığı qrantları fiziki şəxs kimisənədləşdirərək, vergidən yayınırdı. SMM-nin ləğvindən sonraMəmmədli ad dəyişikliyinə gedərək, “Seçkilərin Monitorinqi vəDemokratiyanın Tədrisi Mərkəzi”ni (SMDTM) yaratdı. Bu, həmfəaliyyətini davam etdirməyə hesablanmışdı, həm də seçkilərinkeçirilmədiyi dövrlərdə “demokratiyanın tədrisi” adı altında dahaçox qrant layihəsinin əldə edilməsinə. Məmmədli qanunun “radarına”düşsə də, qeyri-qanuni fəaliyyətindən əl çəkmədi. 2008-2013-cüillərdə SMDTM adı ilə aldığı qrantları yenə “fiziki şəxs” kimirəsmiləşdirirdi. Məlumatlara görə, 5 il ərzində Məmmədlinin fizikişəxs kimi yaratdığı bank hesabına 480 min dollar vəsait daxil olub.Bununla yanaşı, o, qrant layihələrini fərqli təşkilatların adındanicra etmək fəndinə də əl atmışdı. Bu məqsədlə SMDTM-i KönüllülərinBeynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və DemokratikJurnalistika Məktəbi (DJM) ilə birləşdirmişdi.

2013-cü il prezident seçkilərinin gözdən salınması, Qərbdəanti-Azərbaycan dairələrin “istinad etdiyi” mənfi hesabatlarınhazırlanması üçün A.Məmmədliyə 276 min dollar qrant ayrılıb. Donortəşkilat Milli Demokratiya İnstitutu (NDİ) idi və cəmi bir il öncə- 2012-ci ildə Bakıda inqilab ssenarisi uğursuz olan AlekseyQriqoryevs məhz Anar Məmmədliyə layihə ayrılmasında “zamin” rolunuüzərinə götürmüşdü. Məmmədli 276 min dollarlıq qrant layihəsiniKBƏİB və DJM üzərindən rəsmiləşdirdi, çünki 2013-cü ildə qrantlarınqeydiyyatı ilə bağlı qanuna edilən dəyişikliklər pulların SMDTMüzərindən əldə edilməsini çətinləşdirmişdi. Məmmədlininfəaliyyətində qanun pozuntuları aşkar edildiyi üçün o, 2014-cü ildəhəbs edildi, iki il sonra – 2016-cı ildə Prezidentin əfv sərəncamıilə azadlığa çıxdı. Və Qərb dairələrinin tapşırıqlarının yerinəyetirilməsi, qrant qaçaqmalçılığı işini qaldığı yerdən davametdirməyə başladı.

2018-ci il prezident, 2019-cu il bələdiyyə və 2020-ci il parlamentseçkilərində dövlət qeydiyyatı olmayan SMDTM mənfi hesabatlarınhazırlanması işini “layiqincə” yerinə yetirdi. Və çox maraqlıdırki, Qərb dairələri dövlət qeydiyyatı olmayan bu təşkilatı“alternativ mənbə” kimi qəbul edir. Təkcə bu məqam A.MəmmədlininAzərbaycanda “təsir agenti” kimi əsas missiyasının nədən ibarətolduğunu anlamağa imkan verir. Təsadüfi deyil ki, Məmmədlininrəhbərlik etdiyi təşkilat fəaliyyəti dövründə ATƏT-in DemokratikTəsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Avropa ŞurasıParlament Assambleyasının tədbirlərində əsas iştirakçılardan biriolub, eləcə də Seçkilərin Monitorinqi Təşkilatlarının AvropaŞəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması(EPDE) və ATƏT-in DTİHB-nin müşahidə missiyalarının tərkibindəmüxtəlif ölkələrdə seçki müşahidəçiliyini həyata keçirib. Bu,SMDTM-nin “beynəlxalq nüfuzlu” təşkilata çevrilməsi vəAzərbaycandakı seçkilərlə bağlı hazırladığı mənfi, qərəzlihesabatlara istinadın legitimləşdirilməsi məqsədi daşıyır.

A.Məmmədlinin sonuncu missiyası 2024-cü ilin 7 fevral prezidentseçkilərində təxribatların törədilməsi idi. O, 7 fevral tarixindənaylar öncə seçkinin legitimliyinə kölgə salmaq kampaniyasınabaşladı. Seçki günü isə məntəqələrdə “fakt”ların toplanması,mənqətə əməkdaşları və polislərlə qarşıdurmaya gedərək,neqativlərin yaradılması işini həyata keçirməyə çalışırdılar.Məlumatlara görə, A.Məmmədli 500 nəfərlik “müşahidəçi qrupu”yaradacağı vədi ilə Qərbin donor təşkilatlarından 350 min manatqrant əldə edib, seçki günü isə cəmi 15-20 nəfərlik qrup yaradaraq,ayrılan vəsaiti mənimsəyib. Təxribat planları baş tutmadı, lakin 7fevral seçkisi Qərb şəbəkəsini tamamilə ifşa etdi.

- Anar Məmmədlinin rəhbərlik etdiyi SMDTM;
- “Toplum Tv” və kanalda Xədicə İsmayılın rəhbərlik altındafəaliyyət göstərən jurnalistlər;
- AXCP sədri Əli Kərimli və başının dəstəsi;
- Xaricdə Azərbaycan qarşı kampaniyalarda və hücumlarda iştirakedən, bir çox hallarda erməni diasporu/lobbisi ilə paslaşan“azərbaycanlı şəbəkəsi”: misal üçün, Tükiyədə yaşayan, “Agos” və“ermənihaber” saytının əməkdaşı Arzu Qeybulla, Almaniyada yaşayan“Fakt Yoxla” layihəsinin rəhbəri Leyla Mustafayeva (ƏfqanMuxtarlının keçmiş həyat yoldaşı olan L.Mustafayeva hazırda ermənidiasporu/lobbisinin təşviqi ilə Fransanın Azərbaycana qarşı mediaüzərindən həyata keçirdiyi təxribat layihələrində də iştirak edir),hüquq müdafiəçisi İntiqam Əliyev və digərləri; Anar Məmmədlifəaliyyətini bu şəxslərlə sıx koordinasiya edir.


Əslində A.Məmmədlinin seçki günü təxribat törətmək məqsədilə donortəşkilatlarından aldığı 350 min manatın şəbəkə arasındabölüşdürüldüyü sirr deyil. Seçki günü təxribat qrupuna əsasən AXCPgənclər təşkilatının üzvlərinin daxil olması, onların təxribatməqsədli “faktlarının” “Toplum Tv”-nin redaksiyasına ötürülməsi dəbunu deməyə əsas verir.
A.Məmmədlinin donor təşkilatlarını aldatdığı, ayrılan vəsaitlərimənimsədiyi faktı təkcə bununla bitmir. Mediada yayılan səs yazısıbu kontekstdə xüsusilə diqqət çəkir. SMDTM-nin qrantın xərclənməsiilə bağlı hesabatında uyğunsuzluq tapan şəxs (səs yazısından aydınolur ki, bu şəxs xarici donor təşkilatlarının əməkdaşıdır)A.Məmmədliyə bildirir ki, “biz sizi bir neçə dəfəmaliyyələşdirmişik, lakin siz 2011-ci ildə cəmi bir dəfə olduğunuyazmısınız. Mən xatırlayıram ki, ən azı 2 dəfə, bəlkə də 3 dəfəolub”. A.Məmmədli bunu “arxiv sənədlərinin itməsi” iləəlaqələndirir, daha sonra isə üç dəfə - 2008-ci ildə, 2010-cu ildəvə 2011-ci ildə olduğu haqda məlumat verir. Yazışmada qeyd olunurki, A.Məmmədli 2008-ci ildə 49 min dollar, 2010-cu ildə isə 25 mindollara yaxın vəsait alsa da, hesabatda yalnız 2011-ci ildə aldığıvəsaiti göstərir. Görünür, bununla qrant vəsaitlərini mənimsəməsinigizlətməyə çalışıb.

A.Məmmədlinin son üç ildə əldə etdiyi vəsait isə sözün həqiqimənasında fantastika hesab edilə bilər. Söhbət 1,5 milyon manatayaxın vəsaitdən gedir və bu, bir QHT üçün kifayət qədər böyükməbləğdir. Məlumatlara görə, A.Məmmədli 2021-2024-cü ildə aşağıdakıtəşkilatlardan qrantlar alıb:

- Gürcüstanın “Human Rights House Tbilisi” təşkilatından2.265 avro;
- Fransanın “Equal Rights İndependent Media” təşkilatından 4 570avro;
- İsveçin “Swedish International Liberal Centre”(SILC)təşkilatından 12.625 ABŞ dolları;
- Norveçin “Norwegian Human Rights House Foundation” təşkilatından24 850 avro;
- İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatından27 020 avro;
- Belçikanın “İnternational Partnership for Human Rights” (IPHR)təşkilatından 43 290 avro;
- ABŞ-ın “The National Endowment for Democracy (NED) təşkilatından53 770 avro və 75 010 dollar;
- Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 59 850avro;
- ABŞ-ın “German Marshall Fund” təşkilatından 74 411 dollar və 27215 avro;


Bununla yanaşı, 170 635 avro və 243 020 dollar təşkil edənlayihələr də daxil olmaqla, ümumilikdə 1 milyon 441 min manatməbləğində “qrant” vəsaiti əldə edib. Və bu qədər vəsait AnarMəmmədlinin hesabına son üç ildə daxil olub. Bəllidir ki, AnarMəmmədli bu qədər vəsaiti təkbaşına “xərcləyə” bilməz, bunu ona nəvəsaiti verən dairələr, nə də ölkə daxilindəki Qərb şəbəkəsi imkanverməz. Bu vəsaitin ümumilikdə Azərbaycandakı Qərb şəbəkəsinəçatdığı və qrantların xərcləndiyi istiqamətlər bəllidir.

1. Seçkilərlə bağlı təxribatların təşkili və neqativhesabatların hazırlanması: son seçkilərdə bu çılpaqlığı ilə ortayaçıxdı;
2. İnformasiya sektorunda Azərbaycanın ictimai rəyininmanipulyasiya edilməsi və dövlət siyasətinə kölgə salaninfotəxribatların yayılması: “Abzas.net”, “Toplum Tv” kimiinformasiya resursları bu işi həyata keçirirdi;
3. Regionlarda təşkilatlanma, şəbəkəyə yeni üzvlərin cəlb edilməsi:SMDTM-in regionlar üzrə kooordinatorların sayı göstərir ki, şəbəkəbütün regionlara yayılıb. Bakı üzrə Aygün Veysəlova, Gəncə üzrəAsəf Əhmədov, Beyləqan üzrə Əmir Orucov, Kürdəmir üzrə SamirMəmmədov, Şəki üzrə Vüqar Cəfərov, İmişli üzrə Azər Əliyev vəs.


Seçkilərdən sonra əsas hədəf COP29 olub. A.Məmmədli bu məqsədlə birqrup “qrantyeyən” QHT-lərlə birləşərək, “Ədalət Mühiti Təşəbbüsü”nütəsis edib. COP29 tədbirindən öncə diqqəti “quru sərhədlərininaçılması”, “qadınlara qarşı zorakılıq”, “QHT-lər və Qrant haqqındaqanunlara dəyişiklik edilməsi” kimi məsələlərə yönəltməyəçalışırlar. Məqsəd bəllidir:

- Ənənəvi olaraq, Qərbdə aralarında erməni diasporu/lobbisinin dəolduğu anti-Azərbaycan dairələri Bakıda beynəlxalq əhəmiyyətlitədbirlər keçirilən vaxt diqqəti neqativ məqamlar üzərinə yönəldir,belə neqativlər tapmasalar belə “yeni problemlər” uydururlar: COP29tədbiri öncəsi də eyni taktikadan istifadə edəcəklərigözləniləndir;
- Məmmədli başda olmaqla “qrantyeyən şəbəkə” bütün dünyanındiqqətini Azərbaycana cəlb edəcək COP29 tədbiri ərəfəsindəanti-Azərbaycan dairələrin planlarından yararlanmaq, yeni “qrantlayihələri” almaq istəyirlər: bunun üçün artıq COP29 öncəsi diqqəti“neqativlərin” üzərinə çəkmək addımları atılır;

Bu məqamlar A.Məmmədli üçün milli maraqlar yox, məhz “qrantlayihələri”ndən nə qədər gəlir əldə etməsinin vacib olduğunugöstərir. Son üç ildə 1,5 milyon manata yaxın vəsaiti də məhz millimaraqlara qarşı fəaliyyəti hesabına əldə edib.

A.Məmmədlinin milyon yarım manatı hansı yolla əldə etməsi isə“qrant qaçaqmalçılığı” şəbəkəsinin gizli mexanizmini yenidəngündəmə gətirir. Məlumatlara görə, Məmmədli xarici donortəşkilatlardan “qrant layihələri” adı altında aldığı vəsaitiGürcüstanın TBC bankında öz adına açmış 4 hesab vasitəsilənağdılaşdıraraq, qanunsuz yollarla Azərbaycana gətirib. O, “qrantqaçaqmalçılığı”na digər şəxsləri də cəlb edib. Bunun üçün əvvəlcəhəmin şəxsləri xarici donor təşkilatları tərəfindən dəstəklənənbeynəlxalq təlim və tədris proqramlarına göndərib, onların qəbulolunması üçün tövsiyə xarakterli məktublar yazıb, daha sonra donortəşkilatları tərəfindən “qəbul edilən” bu şəxsləri qaçaqmalçılıqişinə daxil edib. “Məclis.info” layihəsinin təsisçisi İmran ƏliyevA.Məmmədli tərəfindən “qrant qaçaqmalçılığına” cəlb edilənlərdənbiridir. Onun beynəlxalq təlim və tədris proqramlarında iştirakınıda Məmmədli təşkil edib. Məlumatlara görə, İmran Əliyev son 5 ildə- 2019-2024-cü illər ərzində bir milyon manata yaxın vəsait əldəedib.

- ABŞ-ın “Freedom House INC” təşkilatından 890 dollar;
- ABŞ-ın “International Research & Exchanges” təşkilatından 1.761dollar;
- Belçikanın “International Partnership for Human Rights”təşkilatından 2.600 avro;
- Gürcüstanın “Human Rights House Tbilisi” təşkilatından 9.069 lari(5.770 AZN);
- İsveçrənin “Human Rights Information and Documentation Systems”(HURIDOCS) təşkilatından 3.737 dollar;
- ABŞ-ın “Internews” təşkilatından 6.420 dollar;
- Fransanın “Equal Rights İndependent Media” təşkilatından 8.350avro;
- Niderland Krallığının “Netherlands Helsinki Committee”təşkilatından 10.050 avro;
- ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə “USAİD” təşkilatından16.434 avro;
- ABŞ-ın “Counterpart International İNC” təşkilatından 23.781dollar;
- ABŞ-ın “Journalism Development Network Pred” təşkilatından 34.561dollar;
- ABŞ-ın “The National Endowment for Democracy (NED)” təşkilatından“Azərbaycanda rəqəmsal hüquqların maarifləndirilməsi və qorunması”layihəsi çərçivəsində 39.240 dollar;
- Avropa İttifaqına üzv dövlətlər tərəfindən yaradılmış, mərkəziBelçikada yerləşən “The European Endowment for Democracy”təşkilatından 54.450 avro;
- ABŞ-ın “German Marshall Fund” təşkilatından “Məclis info”layihəsi çərçivəsində 56.930 dolları (əlavə olaraq 2024-2025-ciilləri əhatə edən dövr üçün nəzərdə tutulmuş 30.010 avro);
- “Black Sea Trust for Regional Cooperation” layihəsi çərçivəsində69.880 avro;
- Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 90.004avro;


Bu dövr ərzində İ.Əliyevin əldə etdiyi vəsait ümumilikdə 833 minmanat təşkil edir. Bu vəsaitin bir hissəsi – 297 min manatıGürcüstanın “TBC Bank”ında açdığı şəxsi hesabına köçürülüb, qaçaqyolla ölkəyə gətirilib.

Qərb və onun Azərbaycandakı şəbəkəsi “Gürcüstan marşrutundan” ilkdəfə 2013-cü ildə qrantlarla bağlı qanuna dəyişiklik edilməsindənsonra istifadə etməyə başladı. Məqsəd “qrant layihələri” adıaltında ayrılan vəsaitləri dövlətin diqqətindən yayındıraraq,qanunsuz şəkildə ölkəyə daxil etmək idi. Bu mexanizm bir neçəistiqamətdə işləyir.

- Vəsait müxtəlif ölkələrdə yaradılan bank hesablarınaköçürülür və əsasən Gürcüstanda nağdlaşdırılaraq, gətirilir;
- Birbaşa Gürcüstanda yaradılan bank hesabına köçürülür, oradanağdlaşdırılaraq əldə edilir;
- İŞİD kimi terror təşkilatlarının istifadə etdiyi “hawala sistemi”üzərindən əldə edilir: “yeraltı bankçılır” adlandırılan bu sistemdəheç bir fiziki iştirak tələb olunmur, anonimlik qorunur, rəsmiqeydlər saxlanılmır və pulun mənbəyini izləmək mümkündeyil.


“Abzas Media” və “Toplum Tv” işində bir daha təsdiq edildi ki,“qrant layihələri” adı altında ayrılan vəsaitlər Azərbaycana buyolla gətirilir. Bununla yanaşı, Qərb şəbəkəsinin metodlardan biridə “adsız bank kartları”ndan istifadədir. Məlumatlara görə,“Məclis.info”nun təsisçisi İmran Əliyev, “Abzas Media”nın rəhbəriÜlvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı xarici ölkələrəməxsus olan “adsız bank kartları”ndan istifadə edib və bu kartlaraköçürülən pulları nağdalaşdırıblar. “Adsız kartlar” GürcüstanınTBC, Böyük Britaniyanın EML və ABŞ-nin “US Bank Reliakard”banklarına aid olub.

Maliyyələşmənin bu qədər gizli şəkildə aparılması, hətta terrortəşkilatlarının mexanizmlərindən istifadə edilməsi səbəbsiz deyil.Qərb öz şəbəkəsinin ifşa olunmasını istəmir, əslində “qrantlayihələrində” bu qədər yeyintinin olmasına donor təşkilatlarının“göz yumması” da bundan qaynaqlanır. Çünki məqsəd QərbinAzərbaycandakı planlarını uyğun olaraq, ölkənin ictimai-siyasihəyatına müdaxilələr etmək və qarışıqlıq yaratmaqdır. Bunun uğrundamilyonlarla “yeyinti” Qərb üçün o qədər də vacib görünmür.

Qərb üçün vacib olan qanunsuz şəkildə maliyyələşdirdiyi QHT vəmedia şəbəkəsinin mövcudluğunu davam etdirməsi, yerli hökumətlərətəzyiq rıçaqlarını əlində saxlamaqdır. Bu, Qərbin klassiksiyasətinin tərkib hissəsidir. Məhz buna görə ABŞ başda olmaqlaQərb QHT və media sahəsində şəffaflıq və qanunun təmin olunmasınaqarşı çıxır, bunu “demokratik prinsiplərə” zidd elan edərək,müxtəlif vasitələrlə mane olmağa çalışır. Azərbaycanda qrantlayihələri ilə bağlı qanunun dəyişdirilməsi Qərb şəbəkəsininmaliyyələşdirməsində çətinlik yaratdığı üçün hələ də bunu tənqidedir, qanunun yumşaldılması üçün rəsmi Bakıya zaman-zaman təzyiqedirlər.

Bu gün Gürcüstanda baş verənlər də eyni siyasətin davamıdır.Gürcüstan hökumətinin “xarici agent” haqqında qanunu qəbul etməkistəyi süngü ilə qarşılanır. Halbuki, ABŞ-da “xarici agent”haqqında qanun 86 il əvvəl - 1938-ci ildə qəbul olunub, “XariciAgentlərin Qeydiyyatı Aktı” (FARA-Foreign Agents Registration Act)adı ilə bu gün də mövcuddur. Maliyyə qaynaqlarının 20 faizdən çoxhissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum vəşirkətlər ABŞ-də “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsirdairəsinə düşür. Lakin ABŞ özündə mövcud olan qanunun digərölkələrdə qəbul edilməsinə qarşı çıxır. Səbəb sadədir: bu qanunABŞ-ın başqa ölkələrdə yaratdığı şəbəkənin fəaliyyətiniməhdudlaşdırır və onun planlarının icrasına maneə yaradır, eləcə dəyeni şəbəkə formalaşdırmaq imkanlarını azaldır. Gürcüstana ediləntəzyiqlər də bundan qaynaqlanır.

90 faizi Qərbdən maliyyələşən 25 min QHT-nin mövcud olduğuGürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi gündəmə gələnkimi Qərb öz şəbəkəsini hərəkətə keçirir, həm küçələrdə xaosyaradır, həm də siyasi hakimiyyətdə özünə yaxın şəxsləri-qruplarıaktivləşdirir. Bu qanun qəbul edilərsə, Qərbin Gürcüstandakı bütünşəbəkəsi çökəcək və bu, təkcə Gürcüstanı “nəzarətdə saxlamaq”imkanının itirilməsi yox, həm də Azərbaycana dair planlarınınalt-üst olması deməkdir. Çünki Gürcüstan Qərbin Azərbaycanla bağlıplanlarında əsas platforma kimi seçilib. Qərb şəbəkəsinin qanunsuzmaliyyələşməsinin illərdir Gürcüstandan həyata keçirilməsi də bunutəsdiq edir. Qərb dairələri bununla həm Azərbaycandakı şəbəkənitəmin edir, həm də Gürcüstandakı şəbəkə ilə koordinasiyalıfəaliyyət göstərməsini həyata keçirir. Gürcüstanda “xariciagentlər” haqqında qanuna edilən etirazla Azərbaycanda şəbəkəninsıradan çıxması istiqamətində atılan addımların tənqid edilməsibir-birinə bağlı məsələlərdir. Qərb dairələri Cənubi Qafqazda təsirrıçaqlarını itirməkdən qorxur. Artıq Azərbaycandakı məlum şəbəkədağıdılır: “Abzas media”, “Toplum Tv”, SMDTM və şəbəkənin digərqanadlarının ifşası xarici güclərin Azərbaycana müdaxiləsiyasətinin qarşısının alınması, təkcə bu gün yox, həm də gələcəkdəölkəmizin milli maraqlarının qorunması məqsədi daşıyır. Bubaxımdan, Qərbə bağlı şəbəkənin bütün qanunsuz fəaliyyətinin ifşaedilməsi, qanunu pozanların hakim qarşısında çıxarılması zərurətivar.

Anar
Anar
Anar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
3
Mənbələr
Şərh ()
Bağla