AZ

Müharibəyə dair plan AÇIQLANDI

Kiyev 2025-ci ildə əks-hücuma cəhd etməyə hazırlaşır. 

“Cebhe.info” “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bu məlumatı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təsdiqləyib.

Ağ Ev nümayəndəsi vurğulayıb ki, ABŞ-dən Ukraynaya verilən yeni yardım paketi Ukrayna ordusuna əks-hücum hazırlamağa və keçirməyə imkan verəcək.

“Bununla belə, döyüş meydanında vəziyyəti dəyişmək mümkün olmayacaq”, -deyə Sallivan əlavə edib.

Onun sözlərinə görə, ABŞ pulu və silahları Ukraynaya “bu xətti saxlamağa” və “Ukraynanın Rusiyanın hücumuna tab gətirmək qabiliyyətini təmininə” kömək edəcək. 

“Lakin bu, cəbhədəki vəziyyətin dərhal dəyişməsinə səbəb olmayacaq. Üstəlik, yaxın gələcəkdə Birləşmiş Ştatlar döyüş meydanında Rusiyanın uğurlarını gözləyir”, -deyə Sullivan qeyd edib.

Qəzet yazır ki, söylənilənlər Co Baydenin ölkədə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ağ Evin münaqişə perspektivlərinə dair baxışını göstərir.

Xatırladaq ki, aprelin sonunda ABŞ Ukraynaya yardım üçün 61 milyard dollar ayırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla