AZ

Qəzaya düşən tanınmış müğənni imiş: 17 yaşlı oğlu öldü

Şəmkir rayonunda baş vermiş avtomobil qəzasının bəzi təfərrüatı məlum olub.

KONKRET.az Report-a istinadla xəbər verir ki, qəza nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Həbib Rzayev bölgədə tanınmış müğənnidir.

Qəza nəticəsində dünyasını dəyişən isə onun oğlu, 2007-ci il təvəllüdlü İlkin Rzayevdir.

Mərhum Şəmkir rayonunda təşkil olunan bir çox tədbirlərdə öz ifası ilə tanınırmış.

Qeyd edək ki, hadisə mayın 4-də Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində, “Yasamal” aşırımı deyilən yerdə baş verib. Belə ki, “Nissan” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində daha 3 nəfər, Samir Salahov (1987), Məhəmməd Həsənov (1995) və 3 yaşlı uşaq da xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
50
Mənbələr
Şərh ()
Bağla