AZ

"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."

"Azərbaycan nefti Türkiyə vasitəsilə İsrailə axır..."
 
"Bu ilin yanvar ayında İsrail Azərbaycandan ümumi dəyəri 297 milyon dollar olan 523, 5 min ton "qara qızıl" əldə edib..."
 
Prezident Ərdoğanın İsrail ilə tiarət əlaqələrinə embarqo elan etməsinə rəğmən, Azərbaycan nefti əvvəlkitək Türkiyə vasitəsilə İsrailə tədarük edilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "nikk.agency.co.il" nəşri yazıb.
 
"Qara qızıl" Bakı-Tbilisi-Ceyhan boru xətti ilə daxil olur, daha sonra tankerlərlə İsrailin Hayfa limanına çatdırılır. 
 
Azərbaycan Qazaxıstan və Nigeriya ilə yanaşı İsrailin ən mühüm neft tədarükçülərindən biridir.
 
Yəhudi dövlətinin neft bazarı Bakı üçün vacibdir. Belə ki, bu ilin yanvar ayında İsrail bu Qafqaz ölkəsindən ümumi dəyəri təxminən 297 milyon dollar olan 523, 5 min ton "qara qızıl" alıb, bununla da Azərbaycan neftinin idxalçıları arasında birinci yeri tutub.
 
2023-cü ilin yanvar-noyabr aylarında isə yəhudi dövləti bu siyahıda ikinci yeri tutub, İsrail 2, 24 milyon ton neft  əldə edərək 1, 38 milyard dollar ödəyib.
 
Məlumatda deyilir ki, Türkiyə Azərbaycanla münasibətlərin korlanmaması üçün öz ərazisindən İsrailə neftin daşınmasını dayandırmayıb.
 
Ölkə prezidenti İlham Əliyev həm Binyamin Netanyahu, həm də Rəcəb Tayyib Ərdoğanla müttəfiqlik münasibətləri qurmağı bacarıb.
 
Bir tərəfdən, Türkiyə və Azərbaycan arasında "bir millət-iki dövlət" prinsipinə əsaslanan dərin tərəfdaşlıq əlaqələri mövcuddur.
 
Digər tərəfdən, İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür. 
 
Həm də söhbət yüksək texnoloji silahdan, barraj edən "Harop" döyüş sursatları, "Lora" operativ-taktiki kompleksi, "Spayk" tankəleyinə raket kompleksi və başqa texnikadan gedir.
 
Son mühüm silah müqavilələrindən ötən ilin oktyabr ayında 120 milyon dollarlıq iki hərbi peykin alınmasını, noyabrda 1, 2 milyard dollarlıq "Barak MX" zenit-raket kompleksi ilə bağlı sövdələşməni qeyd etmək olar.
 
Həm peyklər, həm də zenit-raket komplekskləri İsrailin aviasiya sənayesi konserninin istehsalıdır.
 
Xatırladaq ki, Türkiyə İsrailə qarşı ticarət embarqosu tətbiq edib və bu qadağa Qəzza bölgəsində atəşkəsə və bölgəyə maneəsiz humanitar yardımın çatdırılmasının təmin edilməsinədək qüvvədə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla