AZ

"Araz-Naxçıvan"ın "vuran ayağı" bu gün meydana çıxacaq? - açıqlama

Misli premyer-liqasınin dünən start götürən 33-cü turunda bu gün "Araz-Naxçıvan" avrokuboklara iddialılardan "Sabah"ı qəbul edəcək.

Bilindiyi kimi, komandanın hücumçusu Orxan Əliyev və yarımmüdafiəçisi İsmail Azzaui ötən tur zədə səbəbindən "Zirə" ilə oyunda komandasına komək edə bilmədi.Bəs Naxçıvan təmsilçisinin aparıci futbolçularını bu dəfə meydanda görə biləcəyik?

Daha dəqiq məlumat almaq üçün "Araz-Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun "Footbal-plus.az"a söylədikləri:
"İkisi də dünənki məşqdə iştirak edib. Heyətdə olub-olmayacaqlarına baş məşqçi qərar verəcək. Onu mən deyə bilmərəm. Amma zədələri, demək olar, sağalıb. Orxanda yüngül ağrılar var, o da oynamamaq üçün maneə deyil".




RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla