AZ

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığınan insanları öldürməklə hədələyib.

Nəticədə bir gün dözməyib qocalara insulin vurub. Polis ümumilikdə 22 adam öldürməyə cəhdin olduğunu müəyyən edib. Onlardan 17-ni tibb bacısı həyata keçirib.

Qıza üç ömürlük həbs cəzası verilib.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla