AZ

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib

Sumqayıt polis əməkdaşları məhkəmə qərarını icra etmək üçün Qubad İbadoğlunun ayağına elektron nəzarət qolbağı taxıblar.

 

Oxu24.com haqqın.az-a  istinadən  xəbər  verir  ki, Bu barədə Turan agentliyi məlumat yayıb.

 

Yada salaq ki, aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

 

Bundan əvvəl İbadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167-3.1 (dini ekstremist material hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülüb. 

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
3
Mənbələr
Şərh ()
Bağla