AZ

Rusiyanın baş naziri 48 saat sonra istefaya gedir - Lavrov da?

Putinin inauqurasiyasından sonra hansı kadr dəyişiklikləri olacağı müzakirə edilir


Vladmir Putin martın 15-17-də keçirilən prezident seçkisində bütün rəqiblərini əhəmiyyətli dərəcədə üstələyərək 87,28% səslə qalib gəldi. 2030-cu ilə qədər dövlət başçısı vəzifəsini Putin icra edəcək.

Rusiyanın seçilmiş prezidentinin andiçmə mərasimi isə iki gün sonra - mayın 7-də baş tutacaq. 2000-ci ilə qədər inauqurasiya Kremlin Qurultaylar Sarayında, sonrakı illərdə isə Böyük Kreml Sarayının Andyevskaya zalında keçirilir.

PUTİN

Musavar.com xəbər verir ki, Moskva vaxtilə 12: 00-da başlayacaq mərasimə nazirlər, parlamentin hər iki palatasının üzvləri, Prezident Administrasiyasının rəhbəri, Konstitusiya Məhkəməsinin hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri, diplomatik korpus nümayəndələri dəvət olunublar.

Rusiya Konstitusiyasının 116-cı maddəsinə əsasən, elə həmin gün Rusiya baş naziri və hökumət üzvləri öz səlahiyyətlərini ölkənin yeni seçilmiş prezidentinə dövr edərək istefaya gedəcək. Eyni zamanda, Nazirlər Kabinetinin üzvləri yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Növbəti gün, mayın 8-də Dövlət Duması yeni baş nazirin namizədliyinə baxacaq. Dövlət Duması onun namizədliyini təsdiq etdikdən sonra yeni Nazirlər Kabineti formalaşacaq.

Federasiya Şurasının sədri Valentina Matvienko RİA Novosti ilə söhbətində hökumətdə kadr dəyişikliyinin mümkünlüyünü etiraf edib. Eyni zamanda, deyib ki, Nazirlər Kabinetinin “onurğa sütu” fəaliyyətini davam etdirəcək. Matvienko hökumətin hansı üzvlərinin bu “onurğa”ya daxil olduğunu dəqiqləşdirməyib.

PUTO.jpeg

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mümkün hökumət dəyişiklikləri barədə danışarkən, deyib ki, “ proses sakit və düşünülmüş şəkildə həyata keçiriləcək”.

RTVI-nın Dövlət Dumasındakı mənbələrinə görə, dəyişikliklər Təbii Sərvətlər , Kənd Təsərrüfatı, Mədəniyyət nazirlikləri və Hesablama Palatasında rəhbər vəzifələrə təsir göstərə bilər. Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov isə öz vəzifəsini qoruyub saxlayacaq, Elvira Nabiullinanın Mərkəzi Bankın rəhbəri postunu tərk etməsi ehtimalı da aşağı səviyyədə qiymətləndirilir.

Xüsusilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən müdafiə nazirinin müavini Timur İvanovun həbsindən sonra ekspertlər və jurnalistlər Şoyqunun yeni hökumətə daxil ola bilməyəcəyi barədə danışmağa başlayıblar. Bununla belə, əksəriyyət Şoyqunun istefaya getmək təhlükəsi olmadığına inanmağa meyllidirlər. Sergey Lavrovun Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindən istefası müzakirə edilir. RTVI-nın Dövlət Dumasındakı iki mənbəsinin məlumatına görə, xarici işlər naziri postunu Asiya üzrə mütəxəssis tuta bilər.

Dövlət Dumasının iki fraksiyasının rəhbərliyi hesab edir ki, Lavrovun daha bir il və ya il yarım nazir işləməsi və ABŞ prezident seçkilərindən sonra vəzifəsini tərk etməsi mümkündür.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla